AZ

Tramp tezliklə Suriya ilə bağlı mühüm bəyanat verəcək

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Suriya ilə bağlı tezliklə “vacib bəyanat” verəcəyini vəd edib. Musavat.com xəbər verir ki, ABŞ prezidenti Bəşər Əsədin devrilməsində Türkiyənin mühüm rol oynadığını deyib.

Trampın sözlərinə görə, Ərdoğan 2024-cü ilin dekabrında prezident Bəşər Əsədin devrilməsi üçün böyük məsuliyyət daşıyır və bunu “gözəl nailiyyət” adlandırıb. ABŞ prezidenti Suriyanın yeni hakimiyyət orqanlarını Türkiyə liderinin “yetişdirmələri” adlandırıb.

Tramp əlavə edib ki, o, Ərdoğan, Qətər rəhbərliyi və Səudiyyə Ərəbistanının “xahişilə” Suriyaya qarşı sanksiyaları ləğv edib: "Bu sanksiyalar çox sərt idi. Düşünürəm ki, bu gün mühüm bəyanat verəcəyik".

 

Musavat.com

 

 

Seçilən
6
50
musavat.com

10Mənbələr