RU

Əhmədzadənin vəkilinin fəaliyyəti qanunsuzdur? – FOTO

Sosial mediada SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin dövlət qurumunda vəzifə tutması ilə bağlı məlumatlar yayılıb. Qeyd olunub ki, bu halda onun ödənişli əsasla vəkillik etməsi qanunsuz və korrupsiya əməli hesab olunur.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mətbuat xidməti Metbuat.az-ın sorğusuna cavab verib.

Bildirilib ki, vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir:

“Qanunvericiliyə əsasən, yalnız dövlət qulluğunda fəaliyyət göstərən vəkilin fəaliyyəti dayandırılır. Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından, həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur. Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər”.

 

Açıqlamada qeyd olunub ki, bəzi kütləvi informasiya vasitələrində Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Избранный
28
7
nocomment.az

10Источники