AZ

Adnan Əhmədzadənin vəkili ilə bağlı rəsmi AÇIQLAMA

Həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının department müdiri olması barədə məlumat yayılıb.

Sözügedən qurumun mətbuat katibi məlumat ictimailəşəndən sonra verdiyi açıqlamada bildirib ki, Ş. Mirzəyev hazırda Milli Observatoriyanın əməkdaşı deyil: “Onunla əmək müqaviləsinə 15 sentyabr tarixindən xitam verilib”.

Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı Vəkillər Kollegiyasının Mətbuat xidmətindən bildirilib ki, vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir.

Bildirilib ki, qanunvericiliyə əsasən, yalnız dövlət qulluğunda fəaliyyət göstərən vəkilin fəaliyyəti dayandırılır: “Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur.

Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Sonda qeyd etmək istərdik ki, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Seçilən
6
13
modern.az

10Mənbələr