AZ

Vəkillər Kollegiyasından Şaiq Mirzəyevlə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin dövlət qurumunda vəzifə tutması ilə bağlı məlumatlar yayılıb və qeyd olunub ki, vəzifəli şəxsin vəkil kimi başqa şəxslə müqavilə bağlaması qanunvericiliklə qadağan edilib.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının Mətbuat xidmətindən bildirilib ki, vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir.

Bildirilib ki, qanunvericiliyə əsasən, yalnız dövlət qulluğunda fəaliyyət göstərən vəkilin fəaliyyəti dayandırılır: “Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur.

Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Sonda qeyd etmək istərdik ki, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Şaiq Mirzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının department müdiri olub. Sözügedən qurumun mətbuat katibi həmin məlumat ictimailəşəndən sonra verdiyi açıqlamada bildirib ki, Ş. Mirzəyev hazırda Milli Observatoriyanın əməkdaşı deyil: “Onunla əmək müqaviləsinə 15 sentyabr tarixindən xitam verilib”.

Seçilən
4
7
news365.az

10Mənbələr