RU

Vəkillər Kollegiyasından Şaiq Mirzəyevlə bağlı AÇIQLAMA

Vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir. Qanunvericiliyə əsasən, yalnız dövlət qulluğunda fəaliyyət göstərən vəkilin fəaliyyəti dayandırılır. Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından, həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur. Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər.

 

Bu barədə Pravda.az-ın vəkil Şaiq Mirzəyevlə bağlı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Mətbuat xidmətindən bildirilib.

 

“Bəzi kütləvi informasiya vasitələrində Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”, - məlumatda qeyd olunub.

Tarix: 23 Sentyabr 2025, 16:46   
Избранный
11
7
pravda.az

10Источники