RU

Liqa 1: PSJ ilk məğlubiyyətini Marseldə aldı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında Marsel “Olimpik”i son çempion PSJ-ni qəbul edib. Paris təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb. Bu, Fransa nəhənginin Liqa 1-in yeni mövsümündəki ilk məğlubiyyətidir.

Beləliklə, 5 turdan sonra 4 komandanın (“Monako”, PSJ, Lion “Olimpik”i və “Strasburq”) 12 xalı var. “Lill” 10, Marsel “Olimpik”i ilə “Lans” 9 xal toplayıblar.

Fransa, Liqa 1
5-ci tur

19 sentyabr

Olimpik (Lion) – Anje 1:0
Qol: Tessmann, 65.

20 sentyabr

Nant – Renn 2:2
Qollar: Mvanqa, 64. El Arabi, 90+6 – Blas, 29-pen. Lepaul, 35.

Brest – Nitsa 4:1
Qollar: Ayork, 6. Del Kastilyo, 9. Şota, 70. Laskari, 76 – Moffi, 30.

Lans – Lill 3:0
Qollar: Said, 28. Toven, 43. Fofana, 52.

21 sentyabr

Paris – Strasburq 2:3
Qollar: Dikko, 81. Qori, 90+4 – Paez, 27. Due, 78. Emeqa, 87.

Oser – Tuluza 1:0
Qol: Namaso, 45+2.

Havr – Loryan 1:1
Qollar: Sumare, 47 – Tosin, 21.

Monako – Mets 5:2
Qollar: Bieret, 28. Fati, 46; 83. Kuao, 86-öz qapısına. İlenixena, 90+3 – Diallo, 13. Heyn, 67-pen.

22 sentyabr

Olimpik (Marsel) – PSJ 1:0
Qol: Agerd, 5.

error: Məzmun qorunur!
Избранный
17
42
arena.az

10Источники