AZ

Super Liqa: “Qalatasaray” ardıcıl 6-cı qələbəsini qazandı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında son çempion və lider “Qalatasaray” doğma meydanda “Konyaspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda İstanbul nəhəngi inamlı qələbəyə sevinib.

Beləliklə, 6 turdan sonra itkisiz irəliləyən yeganə komanda “Qalatasaray”dır – 18 xal. “Göztəpə” və “Fənərbağça” 12, “Samsunspor” və “Trabzonspor” 11, “Antalyaspor” və “Qaziantep” 10 xal toplayıblar.

Türkiyə, Super Liqa
6-cı tur

19 sentyabr

Göztəpə – Beşiktaş 3:0
Qollar: J.Santos, 4. Raldney, 19. Sabra, 84.

20 sentyabr

Gənclərbirliyi – Eyüpspor 1:0
Qol: Tonqya, 36.

Antalyaspor – Kayserispor 1:1
Qollar: Cikiya, 52 – Benes, 90+2.

Trabzonspor – Qaziantep 1:1
Qollar: Onuaçu, 70 – K.Rodriqes, 39.

21 sentyabr

Başakşəhər – Alanyaspor 1:1
Qollar: Şomurodov, 29 – Oqundu, 52.

Kocaelispor – Rizəspor 1:1
Qollar: Petkoviç, 45+13-pen – Olavoyin, 45+1.

Kasımpaşa – Fənərbağça 1:1
Qollar: Hayradinoviç, 64 – Asensio, 3.

Samsunspor – Karagümrük 3:2
Qollar: A.Çinar, 52-öz qapısına. Ndiaye, 54. Musaba, 90+3 – Şatka, 31-öz qapısına. Fofana, 81.

22 sentyabr

Qalatasaray – Konyaspor 3:1
Qollar: Y.Akgün, 23. İkardi, 45+1. Torreyra, 64 – U.Nayir, 79.

error: Məzmun qorunur!
Seçilən
19
42
arena.az

10Mənbələr