AZ

3-cü MDB Oyunlarında futbol yarışının püşkü atıldı

Bu il Azərbaycanda keçiriləcək 3-cü MDB Oyunlarında bu gün futbol yarışının püşkü atılıb, Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Qeyd edək ki, 3-cü MDB Oyunları 28 sentyabr – 8 oktyabr aralığında Azərbaycanın müxtəlif şəhər və rayonlarında təşkil ediləcək.

A qrupu

27 sentyabr
12:00. Tacikistan – Azərbaycan

29 sentyabr
14:00. Qırğızıstan – Tacikistan

1 oktyabr
14:00. Azərbaycan – Qırğızıstan

B qrupu

27 sentyabr
14:00. Belarus – Rusiya

29 sentyabr
12:00. Belarus – Özbəkistan

1 oktyabr
12:00. Rusiya – Özbəkistan

3 oktyabr
12:00. 5-ci yer uğrunda matç
14:00. 3-cü yer uğrunda matç

4 oktyabr
14:00. Final

error: Məzmun qorunur!
Seçilən
0
24
arena.az

10Mənbələr