AZ

İkinci Liqa: “Ağdaş” 3, “Şirvan” 2, “Quba” tək qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Dinamo” – “Ağdaş” oyununda qonaqlar darmadağına seviniblər. “Quba” doğma meydanda “Şəmkir”ə tək qolla qalib gəlibsə, “Şirvan” da “Göygöl”lə ev oyununda inamlı qələbəyə sevinib.

3-cü turun görüşlərin sentyabrın 23-də keçiriləcək.

İkinci Liqa
3-cü tur

22 sentyabr

“Dinamo” – “Ağdaş” 0:3
Qollar: Ülvi Sarıyev, 79-pen; 85. Yusif Yusifzadə, 90+3.
Hakimlər: Kamil Aydınov, Sadiq Əliyev, Rasim Axundov, Rasim Musayev.
Hakm-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 15:00.

“Quba” – “Şəmkir” 1:0
Qol: Vidadi Cəfərov, 46.
Hakimlər: Nahid Xasıyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Şamil İmanzadə.
Hakm-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Şirvan” – “Göygöl” 2:0
Qollar: Cavid Nəcizadə, 73; 85.
Hakimlər: Nəriman Ağayev, Aydın Baxşıyev, Ruslan Məmmədov, Nazim Abdullayev.
Hakm-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

23 sentyabr

“Şəki” – “Qaradağ Lökbatan”
Hakimlər: Sənan Bayramzadə, Əkbək Əliyev, Ruslan Babayev, Rasim Musayev.
Hakm-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Rekord Arena”, 15:00.

“Kür-Araz” – “Araz Saatlı”
Hakimlər: Rəsul Babayev, Orxan İbişov, Rəhman Aslanov, Nazim Abdullayev.
Hakm-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Ağstafa Gəncləri” – “Xankəndi”
Hakimlər: Niyaz Əhmədov, Ağadur Mahmudov, Elvin Mədətov, Ruslan Quliyev.
Hakm-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağstafa şəhər stadionu, 15:30.

error: Məzmun qorunur!
Seçilən
14
28
arena.az

10Mənbələr