RU

Tramp Zelenski ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib.

"Prezident həmçinin BMT-nin baş katibi, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək", - Leavitt mətbuat brifinqində deyib.

Həmin gün Trampın Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə, Pakistan, Misir, BƏƏ və İordaniya nümayəndələri ilə çoxtərəfli görüşlər keçirəcəyi bildirilir.

Избранный
15
10
operativmedia.az

10Источники