AZ

Tramp Zelenski ilə bu tarixdə görüşəcək

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

Hurriyyet.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Prezident həmçinin BMT-nin baş katibi, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək", - Livitt əlavə edib.

Həmin gün Trampın Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə, Pakistan, Misir, BƏƏ və İordaniya nümayəndələri ilə çoxtərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Seçilən
23
12
hurriyyet.az

10Mənbələr