ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.
Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Prezident həmçinin BMT-nin baş katibi, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək”, – Livitt əlavə edib.
Həmin gün Trampın Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə, Pakistan, Misir, BƏƏ və İordaniya nümayəndələri ilə çoxtərəfli görüşlər keçirəcəyi də gözlənilir.
MənbəREPORT