Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ukrayna lideriVolodimir Zelenski ilə görüşəcək.
Trend xəbər verirki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuatkatibi Kerolayn Livitt bildirib.
“Prezident həmçinin BMT-nin baş katibi, Argentina və Avropaİttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək”, – Livittəlavə edib.
Həmin gün Trampın Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya,Türkiyə, Pakistan, Misir, BƏƏ və İordaniya nümayəndələri iləçoxtərəfli görüşlər keçirəcəyi də gözlənilir.