Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb.aia.az Apa-ya istinadla xəbər verir ki, hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb.Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən E.Mirzəyev polis tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.aia.az