AZ

Xaçmaz Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb, tələbə yoldaşı saxlanılıb

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb.

Ölkə.az-ın APA-ya istinadən xəbər verir ki, hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb. Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş. çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən E.M. polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
11
olke.az

10Mənbələr