AZ

Xaçmazda məktəbdə qəpik üstündə bıçaqlanma

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb.

Adalet.az Apa-ya istinadla xəbər verir ki, hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb.

Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.

O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən E.Mirzəyev polis tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    1
    11
    adalet.az

    10Mənbələr