RU

Ülvü Qənizadə yenidən dünya çempionu oldu!

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü, 72 kq çəki dərəcəsində yarışan Ülvü Qənizadə yenidən dünya çempionu olub.

Arena.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil edilmiş dünya çempionatı davam edir.

Bu gün yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıblar.

Ülvü Qənizadə (72 kq) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçmiş qarşılaşmada rəqibinə 4:2 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub.

Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib.

Bununla da yunan-Roma güləşçilərimizin mundialda medal sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Eldəniz Əzizli (55 kq) dünya üçüncüsü olmuşdu.

error: Məzmun qorunur!
Избранный
5
7
arena.az

10Источники