AZ

La Liqa: “Real” evdə, “Sevilya” səfərdə sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Jirona” doğma meydanda “Levante”yə 4 cavabsız qolla uduzub. Üç qolun qeydə alındığı “Alaves” – “Sevilya” matçında da qonaqlar qələbə qazanıblar.

“Real” evdə “Espanyol”u 2 cavabsız qolla üstələyib. “Valensiya” “Atletik”i, “Vilyarreal” da “Osasuna”nı xalsız yola salıb.

5-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İspaniya, La Liqa
5-ci tur

19 sentyabr

Betis – Real Sosyedad 3:1
Qollar: K.Hernandes, 7. Remiro, 49-öz qapısına. Fornals, 69 – B.Mendes, 13.

20 sentyabr

Jirona – Levante 0:4
Qollar: Eyonq, 43. K.Alvares, 49. Romero, 70. Koyalipu, 90+2.

Real – Espanyol 2:0
Qollar: Militao, 22. Mbappe, 47.

Alaves – Sevilya 1:2
Qollar: K.Visente, 17-pen – Varqas, 10. A.Sançes, 67.

Vilyarreal – Osasuna 2:1
Qollar: Mikautadze, 69. Qeye, 85 – Budimir, 45+6-pen.

Valensiya – Atletik 2:0
Qollar: Santamariya, 73. Duro, 90+3.

21 sentyabr

16:00. Rayo Valyekano – Selta
18:15. Malyorka – Atletiko
20:30. Elçe – Real Ovyedo
23:00. Barselona – Xetafe

error: Məzmun qorunur!
Seçilən
1
46
arena.az

10Mənbələr