AZ

Super Liqa: “Gənclərbirliyi” “Eyüpspor”u xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Antalyaspor” – “Kayserispor” və “Trabzonspor” – “Qaziantep” matçlarında qalib müəyyənləşməyib. Komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Gənclərbirliyi” isə doğma meydanda “Eyüpspor”u tək qolla üstələyib.

6-cı turun qalan görüşləri sentyabrın 21-də və 22-də keçiriləcək.

Türkiyə, Super Liqa
6-cı tur

19 sentyabr

Göztəpə – Beşiktaş 3:0
Qollar: J.Santos, 4. Raldney, 19. Sabra, 84.

20 sentyabr

Gənclərbirliyi – Eyüpspor 1:0
Qol: Tonqya, 36.

Antalyaspor – Kayserispor 1:1
Qollar: Cikiya, 52 – Benes, 90+2.

Trabzonspor – Qaziantep 1:1
Qollar: Onuaçu, 70 – K.Rodriqes, 39.

21 sentyabr

18:00. Başakşəhər – Alanyaspor
18:00. Kocaelispor – Rizəspor
21:00. Kasımpaşa – Fənərbağça
21:00. Samsunspor – Karagümrük

22 sentyabr

21:00. Qalatasaray – Konyaspor

error: Məzmun qorunur!
Seçilən
1
38
arena.az

10Mənbələr