RU

“Şamaxı” - “Karvan” 3:0 - Video

Azərbaycan Premyer Liqasının 4-cü turunun “Şamaxı” – “Karvan” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
4-cü tur
14 sentyabr

“Şamaxı” – “Karvan” 3:0
Qollar: Alfons Msanqa, 38. Andrey Tırkovyanu, 45; Sezar Enrike, 71.
Sarı vərəqələr: Rikardo Apolinario, 8 (qeyri-idman hərəkəti). Sezar Enrike, 83 (qeyri-idman hərəkəti). Rikardo Fernandes, 85 (hakimin qərarına etiraz) – Əli Abdullayev, 70 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 85 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 16:30. Şamaxı şəhər stadionu, 1500 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Akif Əmirəli.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Nacit İsmayıllı.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 69), 10. Andrey Tırkovyanu (77. Nihat Mehralıyev, 80), 13. Rikardo Apolinario (27. Emil Süleymanov, 57), 11. Dioqo Balau (24. Sənan Muradlı, 80), 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa (97. Oruc Məmmədov, 69).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 14. Ravil Qafarov, 3. Vladislav Veremeyev, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.

Karvan: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev (42. İbrahim Qədirzadə, 85), 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 46), 14. Uğur Cahangirov (77. Əli Abdullayev, 46), 2. Şakil Sno, 19. Tompson Qavi, 3. Said İranxan (21. İmani Barker, 73), 8. Peter Kinqs (12. Vitor Roşa, 63), 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 33. Eltun Turabov, 18. Süleyman Əhmədov, 5. Nika Çaçaşvili.
Baş məşqçi: Azər Həşimov.

error: Məzmun qorunur!
Избранный
10
11
arena.az

10Источники