AZ

Bundesliqa: “Verder” “Borussiya”nı 4 cavabsız qolla yendi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Sankt Pauli” – “Auqsburq” matçında meydan sahibləri qələbə qazanıblar.

Səfərdə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşmış “Verder” isə rəqibini 4 cavabsız qolla məğlub edib.

Beləliklə, 3 turdan sonra maksimun nəticə göstərmiş yeganə komanda “Bayern”dir. Münhen təmsilçisi 9 xalla vahid liderdir. Dortmund “Borussiya”sı, “Köln” və “Sankt Pauli” 7, “Ayntraxt”, “Hoffenhaym” və “Leypsiq” 6 xal toplayıblar.

Almaniya, Bundesliqa
3-cü tur

12 sentyabr

Bayer – Ayntraxt 3:1
Qollar: Qrimaldo, 10; 90+8. Şik, 45+4 – C.Y.Uzun, 52.

13 sentyabr

Frayburq – Ştutqart 3:1
Qollar: Matanoviç, 81; 90+2-pen. Şerhant, 86 – Demiroviç, 20.

Haydenhaym – Borussiya (Dortmund) 0:2
Qollar: Girassi, 33. Bayer, 45+6.

Maynts – Leypsiq 0:1
Qol: Bakayoko, 40.

Union Berlin – Hoffenhaym 2:4
Qollar: Ansa, 49. Rote, 71 – Kramariç, 45+1-pen. Asllani, 45+3; 51. Lemperle, 83-pen.

Volfsburq – Köln 3:3
Qollar: Amura, 42. Mayer, 65. Arnold, 90+9 – Valdşmit, 5. Yohannesson, 90+1. Kaminski, 90+14.

Bayern – Hamburq 5:0
Qollar: Qnabri, 3. Pavloviç, 9. H.Keyn, 26-pen; 62. L.Dias, 29.

14 sentyabr

Sankt Pauli – Auqsburq 2:1
Qollar: Huntondji, 45. Sinani, 77 – Ryeder, 16.

Borussiya (Mönhenqladbax) – Verder 0:4
Qollar: Mbanqula, 15. Staqe, 26. Şmid, 74-pen. Njinma, 81.

error: Məzmun qorunur!
Seçilən
9
19
arena.az

10Mənbələr