Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.
Səfərdə “Börnli” ilə qarşılaşmış son çempion “Liverpul” növbəti qələbəsini qazanıb. “Qırmızılar”a 3 xal üçün 1 qol bəs edib.
Turun qapanış matçında “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib. Meydan sahibləri Mançester derbisində 3 cavabsız qola seviniblər.
Beləliklə, 4 turdan sonra maksimum nəticə ilə irəliləyən “Liverpul” 12 xalla vahid liderdir. “Arsenal”, “Tottenhem” və “Bornmut”un 9, “Çelsi”nin 8 xalı var.
İngiltərə, Premyer Liqa
4-cü tur
13 sentyabr
Arsenal – Nottingem Forest 3:0
Qollar: Subimendi, 32; 79. Dyökereş, 46.
Nyukasl – Vulverhempton 1:0
Qol: Voltemade, 29.
Fulhem – Lids 1:0
Qol: Qudmundsson, 90+4-öz qapısına.
Everton – Aston Villa 0:0
Kristal Pelas – Sanderlend 0:0
Bornmut – Brayton 2:1
Qollar: Skott, 18. Semenyo, 61-pen – Mitoma, 48.
Vest Hem – Tottenhem 0:3
Qollar: Sarr, 47. Berqvall, 57. Van de Ven, 64.
Brentford – Çelsi 2:2
Qollar: Şade, 35. F.Karvalyo, 90+3 – Palmer, 61. Kaysedo, 85.
14 sentyabr
Börnli – Liverpul 0:1
Qol: Salah, 90+5-pen.
Mançester Siti – Mançester Yunayted 3:0
Qol: Foden, 18. Haland, 53; 68.