Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstan çempionatının cari mövsümündə növbəti dəfə heyətə düşməyib.
Arena.az xəbər verir ki, Cəlalın komandası ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 8-ci turunda Varna “Spartak”ı ilə qarşılaşıb.
Səfərdə baş tutmuş bu oyun “Arda” üçün uğursuz alınıb. Hüseynovun komandası yekunda 0:3 hesablı darmadağına üzülüb.
Hüseynov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Məşqçilər heyəti Cəlalı cari mövsümdə ikinci dəfə heyətə daxil etməyiblər.
“Arda” 8 turdan sonra 6 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 1 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Cəlalın komandasının ehtiyatda təxirə salınmış oyunu da var.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 59 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.