RU

Əvəzedicilər Liqası: Gəncədə heç-heçə, Qəbələdə tək qol

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 4-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Kəpəz” və “Araz-Naxçıvan”ın ikinci komandalarının oyununda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Qəbələ”nin əvəzediciləri isə “Sumqayıt”ın ikinci komandası ilə ev oyununda tək qolla 3 xal qazanıblar.

4-cü turun görüşləri sentyabrın 15-də keçiriləcək. “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar olaraq, bu gün keçirilməli olan “Qarabağ-2” – “Turan Tovuz-2” görüşü sentyabrın 23-də baş tutacaq.

Əvəzedicilər Liqası
4-cü tur

14 sentyabr

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 1:1
Qollar: Elcan Əbilov, 72 – Adıgözəl Əkbərov, 83.
Hakimlər: Murad Səlimov, Nurlan Əhmədzadə, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Qəbələ-2” – “Sumqayıt-2” 1:0
Qol: Əjdər Hacılı, 70-öz qapısına.
Hakimlər: Əli Əliyev, Elman Kərimov, Qəzənfər Məmmədov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

15 sentyabr

“Zirə-2” – “Şamaxı-2”
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Aydın Bəxşiyev, Şamil İmanzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 16:00.

“Neftçi-2” – “Sabah-2”
Hakimlər: Kamranbəy Rəhimov, Zakir Şükürzadə, Rəhman Aslanov, Ruslan Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

error: Məzmun qorunur!
Избранный
8
19
arena.az

10Источники