RU

MPL: "İmişli" ilə "Sumqayıt" Qubada qarşılaşır, "Turan Tovuz"un "Qəbələ" sınağı

Misli Premyer Liqasında 4-cü turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha iki görüş keçiriləcək.

Qubada ilk Premyer Liqa matçı baş tutacaq. Debütant "İmişli" "Sumqayıt"ı burada qəbul edəcək. Məğlubiyyətsiz irəliləyən "gənclik şəhəri" təmsilçisi səfərdən itkisiz ayrılmaq və ilk "3-lük"də yerini möhkəmləndirmək, daha da yaxşılaşdırmaq əzmindədir. 

Günün ikinci oyununda isə "Turan Tovuz" "Qəbələ"ni sınağa çəkəcək. Kurban Berdiyevin baş məşqçisi olduğu qərb təmsilçisi "Azərsun Arena"da qalib gəlsə, "Sumqayıt"ın mümkün xal itkisi halında 2-ci pilləni ələ keçirəcək. "Qəbələ"yə gəlincə, Kaxaber Tsxadadzenin yetirmələri qələbə həsrətinə son qoymağa çalışacaq.

Qeyd edək ki, turun açılış oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"i 2:0 yenib, "Qarabağ"la "Zirə"nin duelində isə qalib müəyyənləşməyib - 1:1.

Tura sabah "Şamaxı" - "Karvan-Yevlax" və "Neftçi" - "Sabah" görüşləri ilə yekun vurulacaq. 

Misli Premyer Liqası
1-ci dövrə, 4-cü tur
13 sentyabr

16:30. “İmişli” – “Sumqayıt” 
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev, Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba. Olimpiya İdman Kompleksinin stadionu.

19:00. “Turan Tovuz” – “Qəbələ” 
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rəvan Həmzəzadə, Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Suraxanı. “Azərsun Arena”.
 

Избранный
18
50
fanat.az

10Источники