Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması “Qarabağ”la “Zirə” arasında keçirilib.
Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Daha öncə keçirilmiş “Kəpəz” – “Araz-Naxçıvan” matçında qonaqlar inamlı qələbəyə seviniblər – 2:0.
“İmişli” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” oyunları sabah, “Şamaxı” – “Karvan-Yevlax” və “Neftçi” – “Sabah” görüşləri bazar günü keçiriləcək.
Misli Premyer Liqası
4-cü tur
12 sentyabr
“Qarabağ” – “Zirə” 1:1
Qollar: Kadi Borges, 81 – Ruan Renato, 39-pen.
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.
“Azərsun Arena”, 20:00.
Qarabağ: 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 3. Sami Mmae, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta