Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü “Turan Tovuz”la “Qəbələ” arasında keçirilib.
Görüş Tovuz təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Daha öncə keçirilmiş “Qarabağ” – “Zirə” matçında qalib müəyyənləşməyib – 1:1. “Sumqayıt” “İmişli”yə 0:1, “Kəpəz” isə “Araz-Naxçıvan”a 0:2 hesabıyla uduzub. “Şamaxı” – “Karvan” və “Neftçi” – “Sabah” oyunları sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
4-cü tur
13 sentyabr
“Turan Tovuz” – “Qəbələ” 1:0
Qol: Aleks Souza, 54.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
“Azərsun Arena”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.