RU

Polşa Belarusla sərhədlərini bağladı

Polşa Belarusla sərhəddə nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib. SİA xəbər verir ki, bu barədə Polşa daxili işlər naziri Marçin Kervinski deyib. "Belarusla sərhəd-keçid məntəqələrinin bağlanması qərarı sentyabrın 12-də gecə yarısından qüvvəyə minəcək və hər iki istiqamətdə – həm Polşadan çıxışda, həm də girişdə tətbiq olunacaq”, - bəyanatda qeyd edilib. Bildirilib ki, sərhədin bağlanması Varşavanın Rusiya-Belarus hərbi təlimlərinə cavabıdır və Polşanın həm də AB-nin xarici sərhədinin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

Избранный
38
3
sia.az

10Источники