AZ

Polşa Belarusla sərhədlərini bağladı

Polşa Belarusla sərhəddə nəqliyyatın müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa daxili işlər naziri Marçin Kervinski deyib.

Belarusla sərhəd-keçid məntəqələrinin bağlanması qərarı sentyabrın 12-də gecə yarısından qüvvəyə minəcək və hər iki istiqamətdə – həm Polşadan çıxışda, həm də girişdə tətbiq olunacaq”, - bəyanatda qeyd edilib.

Bildirilib ki, sərhədin bağlanması Varşavanın Rusiya-Belarus hərbi təlimlərinə “Qərb-2025” cavabıdır və Polşanın həm də AB-nin xarici sərhəddi olan sərhədinin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

Seçilən
6
2
bakivaxti.az

9Mənbələr