AZ

Polşa Belarusla sərhədləri bu səbəbdən BAĞLAYIR

Ajans.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Marçin Kervinski sosial şəbəkə hesabında açıqlama yayıb. Nazirin sözlərinə görə, sərhəd-keçid məntəqələrinin tamamilə bağlanması barədə qərar Baş nazir Donald Tuskun göstərişi əsasında qəbul edilib: “Keçidlər yalnız o zaman açılacaq ki, biz Polşa vətəndaşları üçün heç bir təhlükə olmadığına 100 faiz əmin olaq”. Məlumata görə, sərhədin sentyabrın 12-nə keçən gecə bağlanması planlaşdırılır. Qərara dəmir yolu üzərindəki sərhəd-keçid məntəqələri də daxildir. Baş nazir Donald Tusk daha əvvəl bildirmişdi ki, bu addım Belarus və Rusiyanın “Qərb-2025” adlı birgə hərbi təlimləri ilə əlaqədar atılıb.

Təlimlərin Polşa sərhədinə yaxın ərazilərdə keçirilməsi Varşavada təhlükəsizliklə bağlı narahatlıqları artırıb. (Globalinfo.az)

Seçilən
9
6
Ajans.az

9Mənbələr