Polşa Belarusla sərhəddə nəqliyyatın müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Polşa daxili işlər naziri Marçin Kervinski deyib.
Belarusla sərhəd-keçid məntəqələrinin bağlanması qərarı sentyabrın 12-də gecə yarısından qüvvəyə minəcək və hər iki istiqamətdə – həm Polşadan çıxışda, həm də girişdə tətbiq olunacaq”, - bəyanatda qeyd edilib.
Bildirilib ki, sərhədin bağlanması Varşavanın Rusiya-Belarus hərbi təlimlərinə “Qərb-2025” cavabıdır və Polşanın həm də AB-nin xarici sərhəddi olan sərhədinin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.