İzmirdə polis məntəqəsinə silahlı hücum edən şəxs saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat paylaşıb.
Nazir bildirib ki, İzmirdə 2 polisin şəhid olduğu, 2 polisin yaralandığı silahlı hücumun şübhəlisi E.B. (16 yaş) tutulub.
***
İzmirdə polis bölməsinə silahlı hücum nəticəsində yaralananların sayı artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Belə ki, yaralananların sayının 6 olduğu məlum olub. İki polis isə ölüb.
Yaralılar arasında mülki vətəndaşların olduğu bildirilir, onlardan bəzilərinin vəziyyəti ağırdır.
***
İzmirdə polis bölməsinə silahlı hücum olub, ölənlər var.
"Operativ Məlumat Mərkəzi-OMM" NTV-yə istinadən xəbər verir ki, 16 yaşlı şəxs tüfənglə polisləri güllələyib.
Hadisə nəticəsində 2 polis həlak olub, bir polis yaralanıb.