AZ

İzmirdə polis bölməsinə silahlı hücum olub, 2 polis ölüb, 6 yaralı var - YENİLƏNİB-1

İzmirdə polis məntəqəsinə silahlı hücum edən şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat paylaşıb.

Nazir bildirib ki, İzmirdə 2 polisin şəhid olduğu, 2 polisin yaralandığı silahlı hücumun şübhəlisi E.B. (16 yaş) tutulub.

***

 

İzmirdə polis bölməsinə silahlı hücum nəticəsində yaralananların sayı artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Belə ki, yaralananların sayının 6 olduğu məlum olub. İki polis isə ölüb.

Yaralılar arasında mülki vətəndaşların olduğu bildirilir, onlardan bəzilərinin vəziyyəti ağırdır.

 

***

İzmirdə polis bölməsinə silahlı hücum olub, ölənlər var.

"Operativ Məlumat Mərkəzi-OMM" NTV-yə istinadən xəbər verir ki, 16 yaşlı şəxs tüfənglə polisləri güllələyib.

Hadisə nəticəsində 2 polis həlak olub, bir polis yaralanıb.

Seçilən
7
4
operativmm.az

10Mənbələr