RU

"Qarabağ"ın rəqibi FIFA-nın qaydalarına görə Ronaldunun komanda yoldaşını transfer edə bilmədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Atletik Bilbao" Kriştianu Ronaldunun çıxış etdiyi "Ən-Nəsr"in müdafiəçisi Aymerik Laportun transferini reallaşdıra bilməyib.
Oxu.Az xəbər verir ki, Bilbao təmsilçisi rəsmi saytında "Ən-Nəsr"in müdafiəçisi Aymerik Laportun transferinin uğursuzluğu ilə bağlı rəsmi açıqlama yayıb.
Qeyd olunub ki, FIFA beynəlxalq transfer sertifikatı (CTI) verməkdən imtina edib və bu, hazırda futbolçunun qeydiyyatını mümkünsüzləşdirib.
Lakin son ana qədər "Atletik Bilbao" mövcud reqlament çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün mümkün yollar axtarmağa davam edir.
"Atletik Bilbao" tam şəffaflığa və bütün prosedurlar başa çatdıqdan sonra hərtərəfli izahat vermək öhdəliyinə zəmanət verir".
Aymerik Laport "Atletik Bilbao"nun yetirməsidir və "Mançester Siti"də çıxış edib.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində oktyabrın 22-də "Atletik"in qonağı olacaq.
Избранный
33
50
oxu.az

10Источники