RU

Dərslər sentyabrın 22 də başlayacaq? RƏSMİ

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial şəbəkələrdə "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar dərslərin sentyabrın 22-də başlayacağı iddia olunub.

Məsələ ilə bağlı, Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.

Qeyd olunub ki, aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur:

"Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula 1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
107
49
bakivaxti.az

10Источники