2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.
KONKRET.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də başlayacaq.
Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı “Formula 1” Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.
“Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”, – məlumatda vurğulanıb.