2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Vurğulanıb ki, bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də başlayacaq.
Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula-1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.