Ötən gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan edilib. Tələbə adını qazanan minlərlə abituriyent arasında şəhid övladları da var.
Bu barədə Ölkə.az-a ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən məlumat verilib.
Siyahını təqdim edirik:
Şəhid polkovnik Şükür Həmidovun oğlu Nurlan Həmidli - Eskişehir Osmangazi Universiteti, İşletme (Türkiyə)
Şəhid MAXE Nazir Xurşudovun oğlu Şahin Xurşudov - Balıkesir Universiteti, Turizm (Türkiyə)
Şəhid polkovnik Şahin Mirzəyevin oğlu Əli Mirzəyev - Azərbaycan Universiteti, İnformasiya təhlükəsizliyi
Şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva - Bakı Dövlət Universiteti, Tarix
Şəhid polkovnik-leytenant Sadiq Məmmədovun qızı Səbinə Məmmədzadə - Azərbaycan Dillər Universiteti, Tərcümə (Koreya dili üzrə)
Şəhid mayor Abakar Hacıyevin oğlu Hacı Hacıyev - Xəzər Universiteti, İnformasiya agentliyi (tədris ingilis dilində)
Şəhid mayor Urfan Vəlizadənin qızı Zəhra Vəlizadə - Azərbaycan Dillər Universiteti, Alman dili (tərcüməçi)
Şəhid mayor Sübhi Mürsəliyevin qızı Aişə Mürsəliyeva - Azərbaycan Tibb Universiteti, Tibb bacısı işi
Şəhid mayor Ramil Ağayevin qızı Zəhra Ağazadə - Azərbaycan Dillər Universiteti, Regionşünaslıq
Şəhid mayor Əhməd Abdullayevin oğlu Nihad Abdullayev - Sumqayıt Dövlət Universiteti, Komputer mühəndisliyi
Şəhid mayor Vaqif Bayramovun qızı Zeynəb Bayramlı - Xəzər Universiteti, Biznesin idarə edilməsi (tədris ingilis dilində)
Şəhid mayor Fəqan Xudaverdiyevin oğlu Elcan Xudaverdiyev - Azərbaycan Tibb Universiteti, Hərbi tibb fakültəsi
Şəhid baş leytenant Elvin Zakirovun qızı Yağmur Zakirova - Qərbi Kaspi Universiteti, Sosial iş
Şəhid baş leytenant Əvdil Quliyevin oğlu Ülvü Quluzadə - Qərbi Kaspi Universiteti, Beynəlxalq münasibətlər (tədris ingilis dilində)
Şəhid baş leytenant Vüsal Məhərrəmovun oğlu Nihad Məhərrrəmov - Azərbaycan Dövlət İqtisad Universiteti, Menecment
Şəhid baş leytenant Əsəd Əsədovun oğlu Cəmaləddin Əsədov - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Elektrik və elektronika mühəndisliyi
Şəhid baş gizir Sübhan Cəbrayılovun oğlu Rahim Cəbrayılov - Bakı Mühəndislik Universiteti, Komputer elmləri
Şəhid baş gizir Ramil Quliyevin oğlu Ramal Quliyev - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Nəqliyyat mühəndisliyi
Şəhid gizir Mais Səmədovun oğlu Süleyman Səmədov - Azərbaycan İdman Akademiyası, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
Şəhid gizir Səbuhi Əliyevin oğlu Teyyub Əliyev - Azərbaycan Dövlət İqtisad Universiteti, Menecment
Şəhid gizir Nahid Mikayılovun oğlu Nihad Mikayılov - Mingeçevir Dövlət Universiteti, Turizm bələdçiliyi
Şəhid MAXE Bəxtiyar Bəkirovun oğlu Məhəmməd Bəkirli - Azərbaycan Texnologiya Universiteti, Turizm bələdçiliyi
Şəhid MAXE Sakit İsmayılovun oğlu Xəyal İsmayılov - Azərbaycan Dillər Universiteti, Regionşünaslıq
Şəhid MAXE Ruslan Quliyevin qızı Şəhanə Quliyeva - Bakı Biznes Universiteti, Marketinq
Şəhid MAXE Azər Həsənovun oğlu Akşin Həsənov - Azərbaycan Texniki Universiteti, Silah və silah mühəndisliyi sistemləri
Şəhid MAXE Elçin Mirzəyevin qızı Gülay Mirzəyeva - Bakı Mühəndislik Universiteti, Biznesin idarə edilməsi
Şəhid MAXE Cavid Qarayevin oğlu Sənan Qarayev - Azərbaycan Texniki Universiteti, Sənaye mühəndisliyi
Şəhid çavuş Anar Hüseynovun oğlu Nurlan Hüseynov – Polis Akademiyası
Mülki şəhid Yasin Əhmədovun qızı Sevinc Əhmədova - Azərbaycan Texniki Universiteti, Biznesin idarə edilməsi
Mülki şəhid Arif Əliyevin oğlu Rəvan Əliyev - Azərbaycan Dillər Universiteti, Beynəlxalq münasibətlər
Mülki şəhid Sabit Əsədovun qızı Fidan Əsədova – Bakı Dövlət Universiteti, Qazax, Filologiya
Mülki şəhid Ruslan Abbasovun qızı Maya Abbasova - Gəncə Dövlət Universiteti, İqtisadiyyat
Mülki şəhid Anar Quliyevin oğlu Elnar Quliyev - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Neft-qaz mühəndisliyi