AZ

Şəhid xanımı tələbə adını qazandı – Toğrulun arzularını yaşadıram...

Şəhid xanımı tələbə adını qazandı – Toğrulun arzularını yaşadıram...

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının nəticələrini elan edib. Bu il də minlərlə gənc tələbə adını qazanaraq yeni həyat yoluna qədəm qoyub.

Qəbul olunanlar sırasında Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvləri də var. Onlardan biri – şəhid Toğrul Bərxudarovun həyat yoldaşı Zəhra Bərxudarova Gəncə Dövlət Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə əyani təhsil almaq hüququ qazanıb.

Zəhra xanım qəbul sevincini həm də böyük bir məsuliyyət kimi dəyərləndirir: “Bu uğur yalnız mənim yox, həm də həyat yoldaşım Toğrulun xatirəsinə ehtiramımdır. Onun arzularını yaşatmaq, dövlətimizə faydalı olmaq üçün daha çox çalışacağam”, – deyə o bildirib.

Qeyd edək ki, Toğrul Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Toğrul Bərxudarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Toğrul Bərxudarov sentyabrın 30-da şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Toğrul Bərxudarov ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə, o cümlədən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Seçilən
43
27
afn.az

10Mənbələr