Ali məktəbə qəbul olunan abituriyentlər arasında Vətən Müharibəsi Qəhrəmanı şəhid Sübhan Cəbrayılovun oğlu Rahim Cəbrayılov da var.
Redaktor.az-ın məlumatına görə, o, Bakı Mühəndislik Universitetində təhsil alacaq.
Şəhidimizin övladı kompüter mühəndisliyi ixtisası üzrə oxuyacaq.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub.
O, Qubadlı rayonu istiqamətində şəhid olub.