RU

Məscidin qarşısında həmkəndlilərini döyən qardaşların elektron qolbaq cəzası ləğv edildi

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pərviz və Sahət Quliyev (soyadları şərtidir) qardaşlarının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, onların apellyasiya şikayətləri təmin edilib, İmişli Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli hökmü dəyişdirilib. Hər iki şəxsin aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla qardaşlara 2 il müddətinə islah işləri cəzası təyin olunub.


İttihama görə, hadisə 7 iyul 2021-ci il tarixdə, gecə saat 1 radələrində İmişli rayonu, Bəcirəvan kəndində yerləşən “İmam Hüseyn” adına məscidin qarşısında qeydə alınıb.


Belə ki, Pərviz və Sahət Quliyev qardaşları həmkəndliləri, zərərçəkmiş Yusif Kərimzadənin (soyadı şərtridir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin Sahət haqqında danışması olub. Sahət barəsində kənd arasında yayılmış söz-söhbətə aydınlıq gətirmək məqsədi ilə Yusifi söhbətə çağırıb. Qardaşının söhbət etdiyini görən Pərviz də onun yanına gəlib. Bu zaman qardaşlar zərərçəkmiş şəxsin bədənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələr ilə vuraraq xəsarətlər yetiriblər.


Hadisədən sonra Pərviz və Sahət Quliyev qardaşları saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


İmişli Rayon Məhkəməsinin hökmü ilə onların hər biri 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilmişdi. 

Kamal Məmmədov 

Tarix: 18 Avqust 2025, 08:54   
Избранный
14
25
pravda.az

10Источники