Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Ona görə də müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İfaçının vəkili İlqar Rüstəmov məsələ ilə bağlı "Teleqraf"ın suallarını cavablandırıb. O, bunları deyib:
"Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur. Mübahisə 2022-ci ildən davam edir. Bir nəfər şikayətçi var. Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçinin adını açıqlamağımız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır. İfadə verib və özünü təqsirli bilmədiyini söyləyib.
Pul məsələsidir. Vətəndaş iddia edir ki, ondan pul alınıb və geri qaytarılmayıb. İstintaq sirri olduğuna görə bu suallara cavab verə bilmərəm. Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil. Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib".
Vəkil əlavə edib ki, apellyasiya şikayəti veriləcək:
"Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-i apellyasiya şikayəti verəcəyik. Yəqin ki, yaxın günlərdə təcridxanaya köçürüləcək".
10Mənbələr
-
demokrat.azRəqsanənin vəkili danışdı ( 20416119)
-
infoaz.wsRəqsanənin vəkili danışdı ( 20415900)
-
teleqraf.comLaçında öldürülən vəzifəli şəxsin qayını danışdı: "Bacım zəng vurdu ki..." - TƏFƏRRÜAT ( 20314368)
-
yenisabah.az“Sən açdın baldırlarını, o da danışdı” – Rəqsanədən Nigar Camala ( 20027427)
-
moderator.azAzərbaycanəsilli milyarderdən rüşvət alan Anass Derraz məhkəmədə nə danışdı? ( 19899079)
-
teleqraf.comHüquq müdafiəçisini həbs etdirən vəkil danışdı - Barışıq mümkündürmü? ( 19844324)
-
sitat.infoRəşad Dağlının vəkili Fikrət Cəfərlini həbs etdirdi ( 19823792)
-
yenilik.azRəşad Dağlının vəkili Fikrət Cəfərlini həbs etdirdi ( 19823273)
-
senzor.azRəşad Dağlının vəkili Fikrət CəfərliniHƏBS ETDİRDİ ( 19822058)
-
avtosfer.azRəşad Dağlının vəkili Fikrət Cəfərlini həbs etdirdi ( 19820807)