RU

Fon der Lyayen: Sabah Zelenski ilə Ağ Evdə keçiriləcək görüşə qatılacağam

BAKI. 17 avqust. TELEQRAF

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Ukrayna Prezidenti Volodimir Zelenski görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində məlumat verib.

"Biz birlikdə “İstəklilər Koalisiyası”nın videokonfrans formatında görüşündə iştirak edəcəyik. Sabah isə Zelenskinin xahişi ilə ABŞ Prezidenti Donald Tramp və digər Avropa liderləri ilə Ağ Evdə keçiriləcək görüşə qatılacağam", - o qeyd edib.

Qeyd edək ki, Volodimir Zelenski sabah ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona səfər edəcək. Ona Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Merts, Finlandiya Prezidenti Stubb, İtaliya Baş naziri Meloni və NATO Baş Katibi Mark Rutte qoşulacaq.

Bu görüşdə Ukrayna münaqişəsinin həlli, təhlükəsizlik təminatları və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Избранный
90
50
teleqraf.com

10Источники