AZ

Zelenski Trampla görüşmək üçün ABŞ-yə yola düşüb

Sabah Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evdə həmkarı Donald Trampla görüşəcək...

Poliqon xəbər verir ki, Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznjakın Telegram-kanalında yazdığına görə Zelenski ABŞ-yı yola düşüb. O, təxminən 6,5 saat sonra Amerikaya çatacaq.

18 avqust, bazar ertəsi günü, Zelenski Avropa liderləri ilə birlikdə Vaşinqtona gələrək Trampla hərbi konfliktin mümkün həlli barədə müzakirələr aparacaq. Məlumata görə, ABŞ Prezidenti əvvəlcə ukraynalı həmkarı ilə təkbətək görüşəcək, daha sonra Avropa İttifaqı və NATO nümayəndələri onlara qoşulacaq. Onlar birlikdə iş naharı və münaqişənin həlli mövzusunda geniş tərkibdə müzakirələr aparacaqlar.

Reuters agentliyinin məlumatına görə, ABŞ lideri Alyaskadakı görüşdən sonra Ukraynaya təzyiq göstərir və Kiyevi sülh sazişi imzalamağa sövq edir. Avropa siyasətçiləri isə Zelenskini Trampın sürətli sülh əldə etmək istəyinə qarşı dəstəkləyəcəklər.

Poliqon.info

Seçilən
36
50
poliqon.info

10Mənbələr