RU

Bir şəhərin tək komandası üçün bundan münasib gün?

Yeni mövsüm yeni hədəflər, yeni gözləntilər deməkdir.

Məsələn, “Sumqayıt” kimi.

“Kimyaçılar”ın təmsil olunduğu şəhərin futbol ənənəsi qədimdir, amma özünün yaranma tarixi yeni.

Gənc kollektivin bu il 15 yaşı tamam olacaq.

Uzun müddət yalnız yerlilərin ümidinə qalan (təbii ki, milliləşdirilən gəlmələr də az olmayıb) komanda artıq neçə ildi əcnəbilərin də xidmətində istifadə edir.

Bu sezonun fərqli cəhətlərindən biri də odur ki, “Sumqayıt” uzun aradan sonra yola həm də əcnəbi baş məşqçi – Saşa İliç ilə çıxacaq.

Tarixdə üçüncü haldır. İlk iki cəhd uğursuz olub. Atalar üçdən deyib, bəs "Sumqayıt"?

Klub kimi serbiyalı mütəxəssis də gənc və istəklidir.

Qısası, rəhbərlik "Sumqayıt"ın 15 ilinə xüsusi hazırlaşıb.

Heyətdə köklü dəyişiklər edilib.

Gəlmələrlə yerlilərin vəhdəti yaradılıb.

Yeni transferlər, əcnəbi mütəxəssis, böyük hədəflər.

Qalır azarkeş dəstəyi…

Axı bu yolda azarkeşlərin olması mütləqdir.

Əbəs deyil ki, sözün həqiqi mənasında Sumqayıt uşağı olan kapitan Səbuhi Abdullazadə də heyəti başına yığıb, şəhər sakinlərindən dəstək istəyib.

Klubun media komandası da təbliğat və təşviqatda kifayət qədər aktiv olub.

Mövsümün ilk matçı bu axşam "Kəpəz"ə qarşıdır.

Startdan çox şey asılıdır.

Hava münasib, rəqib dişə gör, istirahət günü, yenilənən və böyük hədəfi olan komanda.

Bir şəhərin tək komandasına sahib çıxmaq üçün bundan münasib gün?

XANOĞLAN İMANOV

Избранный
26
50
sportinfo.az

10Источники