AZ

Kin “Qarabağ”dan danışdı: “İndi başımızı aşağı salıb yolumuza davam etməliyik”

“Ferensvaroş” avqustun 19-da Budapeştdə “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsində ilk matça çıxacaq.

Sportinfo.az xəbər verir ki, Budapeşt klubunun baş məşqçisi Robbi Kin Azərbaycan çempionu ilə qarşıdan gələn oyuna toxunub:

“İndi başımızı aşağı salıb yolumuza davam etməliyik. Sabahdan etibarən çərşənbə axşamkı oyuna (“Qarabağ”la görüş - red.) hazır olmalıyıq.

Azarkeşlər yenə çox yaxşı idilər, həmişəki kimi. Yeni oyunçulara şans verdik, bir çoxları isə çərşənbə axşamı üçün dincəldi, hamı həmin oyuna hazır olacaq.

Çərşənbə axşamı bizi son dərəcə vacib oyun gözləyir”.

Seçilən
37
50
sportinfo.az

10Mənbələr