AZ

“İndi UEFA və FİFA-dan icazə almaq lazımdır, klublar özləri qərar verir ki…”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas hesab edir ki, “Barselona” və “Vilyarreal” komandalarının oyunu ABŞ-da baş tutacaq.

Əvvəlcə məlumat verilmişdi ki, İspaniya Futbol Federasiyası dekabrda Mayamidə keçirilməsi nəzərdə tutulan oyunun icazəsi üçün UEFA-ya müraciət edib.

Bununla belə, “Real” çempionat oyunlarının ölkə xaricində keçirilməsinə qarşı çıxıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqanın rəhbəri oyunun bu mövsüm baş tutacağından əmindir:

“Əminəm ki, oyun bu mövsüm baş tutacaq. Klublar könüllü şəkildə qarşılaşmanı ABŞ-da keçirmək üçün müraciət ediblər.

İndi UEFA və FİFA-dan icazə almaq lazımdır. Klublar özləri qərar verir ki, harada oynayacaqlar. Əvvəllər də bu barədə danışılıb və bir çox klub razılıq verib”.

“Real”ın ABŞ-da oyuna etirazı La Liqa rəhbərliyi ilə yeni bir münaqişəyə səbəb olub və klub UEFA, FİFA, həmçinin, məhkəməyə müraciət etməklə təhdid edib.

Seçilən
8
50
sportinfo.az

10Mənbələr