RU

“Turan Tovuz”un futbolçusu: “Ehtiram müəllim qarşımıza böyük hədəf qoyub” MÜSAHİBƏ

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev Sport24.az-a müsahibəsi - Misli Premyer Liqasının I turunda səfərdə "İmişli"yə qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsən?- Çətin olacağını bilirdik. Buna da hazırlaşmışdıq. Mövsümün ilk matçı idi. Oyundan-oyuna daha yaxşı olmağa və qələbələr qazanmağa çalışacağıq. Hər qarşılaşmada sonadək mübarizə aparacağıq. - Səncə, qalibiyyət qolunun gecikməsinə səbəb nə oldu?- Hansısa bir səbəb yoxdur. Bu, futboldur. Meydanda sonadək oynamaq lazımdır. Bu matçdan dərs çıxartmalıyıq. Gələcəkdəki matçlara daha yaxşı hazırlaşacağıq.- Ötən mövsümdəki "Turan Tovuz"la indikini necə müqayisə edərdin?- Hər iki kollektivdə oyunçular işlərinə peşəkar yanaşırlar. Əsas olan odur ki, ailə kimi kollektiv qura bilmişik. Mövsümün sonunadək bunu davam etdirməyə çalışacağıq.- "Turan Tovuz"un İdarə Heyətinin sədri klubun mətbuat xidmətinə açıqlamasında hədəfin çempionluq olfuğunu deyib. Səncə, bu açıqlama oyunçuların çıxışına necə təsir edər?- Ehtiram müəllim qarşımıza böyük hədəf qoyub. Biz də bu hədəfə doğru maksimum çatmağa çalışacağıq. Bu hədəf hər futbolçu üçün əlavə motivasiya olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
34
sport24.az

10Источники