AZ

"Tərəfdarlar meydanda arzuladığı "Kəpəz"i görəcək" - Adil Şükürov

"Kəpəz" Misli premyer-liqasının 1-ci tur matçında "Sumqayıt"ın meydanında böyük hesabla uduzdu - 0:3.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Gəncəyə qalib qayıtmaq istəyirdik. Təəssüf ki, fürsətləri dəyərləndirə bilmədik. Belədə futbolun yazılmayam qanunu işə düşdü - əks-hücuma keçən rəqib qollar vurdu. Komandam "Sumqayıt"ın ikinci qolundan sonra ruhdan düşdü. Hələ tam formalaşmamışıq. Xeyli çatışmazlıq var. İşləməyə davam etməliyik ki, bu cür oyunlarda xallar qazana bilək.

- Əli Səmədov meydana daxil olmadı. Özü də əsas kapitandı. Hazırdısa, niyə oynamadı? Hazır deyilsə, adı iştirak ərizəsinə niyə salınıb?
- Əli kapitan kimi həmişə futbolçuların yanındadı. Bu gün qərarımız belə oldu. Onun hazırsızlığından söhbət gedə bilməz. Əsas odu ki, komandanın yanındadı.

- "Kəpəz"də nə qədər dəyişiklik olsa da, oyun tərzində inkişaf hiss edilmir. Niyə?
- İnşallah, düzələcək. Qısa müddətdə problemlərdən xilas olacağıq. Azarkeşlərin nə istədiyini bilirik. Tərəfdarlar meydanda arzuladığı "Kəpəz"i görəcək.

KƏNAN BAHADIR

Seçilən
4
43
football-plus.az

10Mənbələr