"Sumqayıt" Misli premyer-liqasının 1-ci turu çərçivəsində evdə "Kəpəz"ə qalib gəldi - 3:0.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Əslində bütün matçlarda bu cür hücumameyilli futbol oynamaq istərdik. Ancaq alınan iş deyil. Reallıqlar var. Azərbaycan premyer-liqasında "Neftçi", "Qarabağ" və başqa güclü klublar çıxış edir. Hər rəqibə uyğun hazırlaşacağıq. Futbolçularımın birinci hissədə göstərdiyi performansdan razı qaldım. Ancaq ikinci yarıda bəzi problemlər üzə çıxdı. Növbəti oyunlarda həmin çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.
- İkinci hissədə qol vura bilmədiz. Hesab komandanı arxayınlaşdırdı, yoxsa fiziki hazırlıqla bağlı problem yarandı?
- Bunun fiziki hazırlığın səviyyəsiylə əlaqədar olduğunu düşünmürəm. Çünki ikinci yarıda meydana yeni oyunçular da çıxdı. Məncə, fərdi səhvlər oldu. Ad çəkməyəcəm. Lakin ilk yarıda üç qol vurmuşuqsa, daha rahat oynamalıyıq. Risk almamalıyıq. Bəzi futbolçular bunu dərk etmir. Hava mübarizələrində səhvlər oldu. Ninkoviç və Keffel hələ tam hazır deyil. Oyunçular komandaya uyğunlaşmalıdı.
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Rəqib Macarıstan səfərindən qayıdacaq. Bunu "Sumqayıt" üçün üstünlük saymaq olar?
- "Qarabağ" Azərbaycanın ən güclü klubudu. Onların avrokuboklardakı oyunlarını izləyirəm. "Ferentsvaroş"a qarşı çətin oyunlar keçirəcəklər. Bunun bizim üstünlük olub-olmadığını bilmirəm. Onu deyə bilərəm ki, bugünkü səhvləri təkrarlasaq, bizim üçün yaxşı olmayacaq.
- Ayxan Süleymanov iki epizodda komandanın hücuma keçməsinə mabe oldu - geriyə oynadı. Dərhal onu əvəz etdiniz. Azərbaycanlı futbolçuların mentalitetini dəyişə biləcəksiz?
- Ayxan yaxşı futbolçudu. Onu bəyənirən. Birinci hissədə arzuladığım kimi çıxış etsə də, ikinci yarıda səhvlərə yol verdi. İnkişaf etmək istəyirsə, həmin səhvləri aradan qaldırmalıdı.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta